“Kanal-13”ün icraçı direktoru da “cərimə batalyonu”na köçürüldü

“Kanal-13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucov14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu haqda “Azadliq.info”ya jurnalistin yaxınları məlumat verib.

14 saylı cəzaçəkmə müəssisəsi pis şəraitinə görə daim yerli vəbeynəlxalq insan haqları təşkilatları tərəfindən tənqid olunur. Azərbaycan hakimiyyəti də adətən siyasi sifarişlə həbs etdirdiyi şəxsləri əlavə cəza olaraq, bu və buna bənzər ağır şəraiti olan müəssisələrə köçürürür. Hətta bu müəssisəni “cərimə batalyonu” adlandırırlar.

13 saylı cəzaçəkmə müəssisəsi Qızıldaş qəsəbəsində daş karxanalarının yaxınlığında yerləşir. Xüsusən yay aylarında toza görə orada nəfəs almaq çətinləşir, üstəlik, su problemi olur.

Hazırda siyasi məhbuslardan tanınmış blogger Mehman Hüseynov da orada saxlanılır.

Xatırladaq ki, Əziz Orucov 2017-ci il mayın 2-də həbs olunub. Ona əvvəlcə polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. Bu həbs müddəti bitdiyi gün isə onun barəsində cinayət işi başlanıb. Jurnalistə qarşı CM-nin 192 (qanunsuz sahibkarlıq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Əziz Orucov qardaşı Anar Orucovun rəhbərlik etdiyi “Qafqaz Media Araşdırmalar Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi qrant layihələrinə görə ittiham edilib. İddia olunur ki, həmin layihələƏdliyyə Nazirliyindəqeydiyyatdan keçməyib.

Əziz Orucov günahhsız olduğunu, həmin təşkilata heç bir aidiyyəti olmadığını bildirir.

Anar Orucov bir neçə ildir ki, Almaniyada mühacirətdədir. Əzizin də qardaşının Azərbaycan hökumətinin ünvanına səsləndirdiyi tənqidlərə, onun hökumətin addımlarına etiraz olaraq keçirilən aksiyalarda iştirakına görəcəzalandırıldığı bildirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz Orucova 6 il həbs cəzası verilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.(24saat.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button