Keçmiş rəisin işində zərərçəkən kimi tanınan şəxs dələduzluqda ittiham edilir – 45 şikayətçi var

Abşeron Rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin keçmiş rəisi Seymur Məmmədovun cinayət işində zərərçəkən qismində tanınan Elmir Şəmiyev dələduzluqda ittiham edilir. 

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Cinayət işi üzrə ibtidai istintaq artıq yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Martın 19-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək.  178.3.2-ci maddədə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.  Elmir Şəmiyevin cinayət işi üzrə 45 nəfər zərərçəkən qismində tanınıb.
Dəymiş zərərin məbləği barədə dəqiq bilgi yoxdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button