“Köhnə qvardiya” yeni vəzifədə – AYB-də kadr dəyişikliyi

Rəşad Məcid, Elçin Hüseynbəyli və Səlim Babullaoğluna yeni vəzifə verilib

Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni kadr təyinatları olub.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, Rəşad Məcid AYB sədrinin müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu birliyin katibləri təyin olunublar.

Onun sözlərinə görə, bundan əlavə, Sayman Aruz AYB sədrinin müşaviri təyin edilib.

Qeyd edək ki, daha əvvəl R.Məcid təşkilatda gənclər üzrə katib, E.Hüseynbəyli sədrin müşaviri, Səlim Babullaoğlu isə Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin vəzifəsində çalışıb. S.Aruz isə Güney Azərbaycan komissiyasının sədri olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button