Komitə sədri: “Ölkədə yaşı 65-dən yuxarı olan müəllimlərin sayı 6-7 min arasındadır”

Milli Məclisin iclasında parlamentin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələrini ikinci oxunuşda təqdim etdi. Layihədə yaşı 60-ı keçmiş təhsil işçilərinin sertifikasiyadan azad edilməsi nəzərdə tutulur. Eyni zamanda sertifikasiya müddəti 5 ildən 3 ilə endirilir.

Komitə rəhbəri çıxışında bildirdi ki, ölkədə yaşı 65-dən yuxarı olan müəllimlərin sayı 6-7 min arasında dəyişir: “Həmin müəllimlərin əmək fəaliyyətini, xüsusilə də kənd yerlərində müəllimlərin çatışmazlığını nəzərə almaq lazımdır”.

B.Əliyev ardınca təkliflər səsləndirdi: “Hesab edirəm ki, bununla bağlı müəyyən dəqiqləşdirmələr aparılmalıdır. Bundan başqa, “Təhsil haqqında” qanuna ixtisas təcrübəsi anlayışı gətirilməlidir. Müəllim işləmək istəyənlər çoxdur, amma vakant yerlərin sayı azdır”. Komitə sədri dedi ki, biz hər il bu problemlərlə qarşılaşırıq: “Belə ki, şəhər yerlərində işləmək istəyənlər bölgələrdə işləmək istəyənlərdən çoxdur. Buna görə də Elm və Təhsil Nazirliyi tərəfindən sertifikasiya və diaqnostika imtahanları keçirilir. Hesab edirik ki, yaxın 5 ildə problem aradan qaldırılacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button