Kreml Bill Klintona cavab verib

Kreml ABŞ-ın keçmiş Prezidenti Billi Klintonun Rusiyaya NATO-ya üzv olmağı təklif etməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bununla bağlı sualı cavablandırıb.

O deyib ki, ABŞ rəsmiləri dəfələrlə Rusiyanın NATO-ya üzvlüyünün mümkün olmadığını açıqlayıblar.

D.Peskov vurğulayıb ki, Finlandiya və İsveçin NATO-ya üzvlüyü Avropaya əlavə təhlükəsizlik gətirməyəcək.

Qeyd edək ki, ABŞ-ın 42-ci Prezidenti Bill Klinton (1993- 2001-ci illər) Rusiyanın keçmiş Prezidenti Boris Yeltseni və hazırkı dövlət başçısı Vladimir Putinə bir neçə dəfə Alyansa üzv olmağı təklif etdiyini bildirib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button