Lavrov İrəvanda qondarma “soyqırım abidəsi”ni ziyarət etdi –FOTOLAR
Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana ikigünlük səfərə gedib.
“Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu gün səhər Lavrov həmkarı Nalbandyanla birgə “Tsitsernakaberd” – “soyqırım” muzeyinə baş çəkib.
Qeyd edək ki, Lavrov prezident Serj Sarkisyanla görüş keçirəcək. İrəvandakı danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq.
Xatırladaq ki, dünən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun Qarabağa əliboş getmədiyini vurğulamışdı.