Lotu Quli Bakıdadır, amma…

Kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Bakıda ev dustağı olması xəbəri həqiqəti əks etdirmir.

Bu barədə məlumatı “Sputnik Azərbaycan” Ədliyyə Nazirliyinə istinadən yayıb. Nazirlik N.Səlifovun Azərbaycana ekstradisiya edilmədiyini bildirib. Qeyd olunub ki, N.Səlifov ölkə ərazisində hansısa yeni cinayət törətməyib, bu səbəbdən də Azərbaycan onun ekstradisiyasını tələb edə bilməzdi.

Qeyd edək ki, bundan əvvəl bəzi  yerli və xarici KİV-lər Qulinin Türkiyədə həbs olunaraq Bakıya gətirildiyi və ev dustağı edildiyi haqda məlumat yayıblar.

Dövlət Miqrasiya Xidmətindən isə bildiriblər ki, N.Səlifov deportasiya olunmayıb. Dövlət strukturunda qeyd ediblər ki, belə informasiyaya malik deyillər.

Ehtimal ki, Nadir Salifov Azərbaycana könüllü qaydada gəlib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button