Luis Enrike İspaniya millisi ilə yollarını ayırıb

Yayımlandı: 8 Dekabr 2022 15:52

Buna DÇ-2022-dəki uğursuz nəticə səbəb olub

Futbol üzrə İspaniya milli komandası baş məşqçisi Luis Enrike ilə yollarını ayırıb.

Bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.

İspaniya millisi Qətərdə keçirilən dünya çempionatında mübarizəni 1/8 final mərhələsində dayandırıb. İspanlar penaltilər seriyasında Mərakeş millisinə uduzub.

Enrike 2019-cu ildən İspaniya yığmasının baş məşqçisi idi.

İspaniya millisinin yeni baş məşqçisinin adı da məlum olub. Bu, Luis de la Fuentedir. O daha əvvəl İspaniyanın U-21 yığmasının baş məşqçisi olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button