Lukaşenko: “Prezident qaçmasa, güllələyə bilərlər”

Mən realistəm, hər şey ola bilər. Prezident ölkədən qaçmasa, onu güllələyə də bilərlər və s. Çox asanlıqla…

Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalist Dmitri Qordona müsahibəsində deyib.

“Hər şey ola bilər. Xüsusən indi hamı Lukaşenkoya köklənib axı… Siz ki başa düşünürsünüz, Belarusda, burada onlar üçün ( müxalifət – red.) əsas qəddar Lukaşenkodur. Ona görə də hər şey ola bilər. Hətta bunu da qəbul etmirəm, lakin taleyimdirsə, buna görədir. Lakin qaçmaq… Mən heç yerə qaçmayacağam”, – deyə Lukaşenko bildirib.

Qeyd edək ki, 9 avqustda Belarusda prezident seçkisi keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button