Məhkəmə Fəxrəddin Mehdiyevin şikayətinə baxmaqdan imtina edib

Vəkil Fəxrəddin Mehdiyev vəkillik fəaliyyətinin bir il dayandırılması ilə bağlı Vəkillər Kollegiyasinın qərarını mübahisələndirmək üçün şikayət edib. Bu barədə Turan-a F.Mehdiyev özü bildirib.

F.Mehdiyev müdafiə etdiyi şəxs, Beynəlxalq Bankın keçmiş rəhbəri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin KİV-ə müsahibəsinə görə cəzalandırılıb.

Vəkillər Kollegiyası hesab edib ki, bununla F.Mehdiyev peşə etikasını pozub. Ancaq vəkil qeyd edib ki, onun səlahiyyəti məhz müdafiə etdiyi şəxsin hüquqlarını qorumaqdan ibarətdir və bu məsələdə etikanın pozulması absurddur.

F.Mehdiyev 1 saylı Bakı İnzıbati-İqtisadi Məhkəməsinə şikayət edib.

“Amma aprelin 27-də hakim Möminat Hacıbəyova şikayəti icraata ğötürmədi, üstəlik götürə bilməməsini əsaslansdıra bilmədi”, – vəkil Turan-a deyib.

Hakim bildirib ki, bu cür işlərə ümumi məhkəmələrdə baxılır. “Ancaq bu, belə deyil. Ali Məhkəmə plenumunun qərarları var və həmin qərarlara görə, bu tip şikayətlərə məhz İnzibati-İqtisadi məhkəmələrdə baxılmalıdır”, – vəkil qeyd edib.

Xatırladaq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu il yanvarın 22-də F.Mehdiyevin fəaliyyətinin bir il dayandırılması barədə qərar qəbul edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button