AĞ Partiyanın başqan müavini “Kapitalbank”a görə cərimələndi

Xural.com xəbər verir ki, AĞ Partiyanın başqan müavini Cavid Hacibəyli bu gün günorta saatlarında Ağcabədi polisi tərəfindən saxlanılıb. Saxlanılmasına səbəb kimi onun Ağcabədi rayonunda yerləşən “Kapital bank”ın önündəki izdihamı videolentə alması olub. Belə ki, Cavid Hacibəyli ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar sosial məsafənin pozulması halının şahidi olduğu üçün həmin mənzərəni lentə almaq istəyərkən, polis tərəfindən saxlanılıb. Daha sonra o, polisə müqavimət maddəsi ilə məhkəmə qarşısına çıxarılıb. Ağcabədi rayon məhkəməsinin qərarı ilə Cavid Hacibəyli 50 AZN məbləğində cərimələnərək sərbəst buraxılıb. Bu barədə məlumatı saytımıza Cavid Hacıbəylinin qardaşı Rüfət Hacibəyli verib.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button