Məhkəmə-Hüquq Şurasının sədri Şuranın yalnız hakim üzvləri sırasından seçiləcək

Məhkəmə-Hüquq Şurasının sədri Şuranın yalnız hakim üzvləri sırasından seçiləcək. Bu, “Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.

“Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button