Məhkumların yemək və maddi-məişət normaları təsdiq edilib

Məhkumların yemək və maddi-məişət normaları təsdiq edilib.

Xural.com-un məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Xatırladaq ki, hələ 30 Dekabr 2020-ci ildə Nazirlər Kabineti “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə”, “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” və “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” təsdiq edilməsi barədə” qərarlarda dəyişiklik edib.

 Nazirlər Kabinetinin  517 № li Qərarına dair İzah

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanda “qocalar və əlillər üçün internat-evləri” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilmiş, habelə 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanına edilmiş dəyişikliyə əsasən “sağlamlıq imkanları məhdud” sözlərindən sonra “18 yaşınadək uşaqların” sözləri əlavə edilmişdir.

Qeyd olunanlarla əlaqədar Nazirlər Kabinetinin Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə” 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli, “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” 2004-cü il 6 noyabr tarixli 175 nömrəli və “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 5 nömrəli qərarlarında dəyişiklik edilməsi zərurəti yaranmışdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button