Maarifçi qadınlardan təhsil həmləsi-İSTANBULDA

Uşaqlarımızı oxutmaq, hər zərərli vərdişdən qorumaq

bizim vicdan borcumuzdur!

 

Azərbaycan “Maarifçi Qadınlar”  İctimai Birliyi  7 ildir davamlı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “Təhsildən kənarda qalan Azərbaycan vətəndaşı olan məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsı” ilə bağlı layihələr həyata kecirir. Bu layihələr ilk illərdə Azərbaycanının Xaçmaz, Cəlilabad, Masallı və s. rayonlarında, son beş ildə isə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində həyata kecirilir.

2020-ci ildə qalib olmuş “Ölkə hüdudlarından kənarda təhsil almaq imkanından məhrum olan azərbaycanlı məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi” adlı layihə həyata kecirilib. Davamlı olaraq həyata kecirilən bu layihənin gercəkləşdirilməsində məqsəd illər öncə qardaş Türkiyənin İstanbul şəhərində qeyri-leqal yaşayıb, əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının təhsil almaq imkanından məhrum olan uşaqlarını təhsilə cəlb etməkdir! Bu layihələr cərcivəsində 500-dən artıq məktəbli təhsilə cəlb edilib. Layihə çərçivəsində 2020-ci ilin noyabr ayının 8-də İstanbul, Məhmət Akif məhəlləsi 2-ci Akarsuda “Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik” dərnəyinin binasında kecirildi. İştirakcılar Mehmetakif və İkitelli qəsəbəsinin sakinlərindən ibarət idi. İştirakcılarla maariflendirici söhbətlər aparıldı, fabrikalarda çalışan çoxsaylı azərbaycanlı soydaşlarımıza verilməsi məqsədi ilə məlumat kartları paylanıldı.

9 noyabr tarixdə İstanbul Bayrampaşa Cavadpaşa məhəlləsi Fırın sokak No 5/7 ünvanında “Elm bəşəriyyəti hər cür cahillikden xilas edər” adlı maarifləndirici toplantı kecirildi. 13-14 noyabr 2020-ci  tarixdə saat saat 13:00  Mehmet Akif məhəlləsi 2-ci Akarsu sokak “Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik” dərnəyinin ofisində İkitelli Köyici qəsəbənin sakinləri olan Azərbaycan vətəndaşları ilə toplantı kecirildi, maarifləndirici söhbətlər aparıldı, insanlara elmin faydası, uşaqların oxumasının vacibliyi izah edildi. Bu tədbirlər sayəsində  500-dən yuxarı məktəbli təhsilə cəlb edilib.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button