Makron gəzməyə çıxıb

Fransa Prezidenti Emmanuel Makron baş nazir Qabriel Attalı ölkədəki böhranın önündə qoyaraq, planlaşdırdığı beynəlxalq səfərlər cədvəlini sakitcə davam etdirir. Bu barədə Fransa mətbuatı yazıb.

Qeyd edilib ki, E.Makronun yanvarın 25-də Hindistana iki günlük səfərinin ardınca İsveçə gedib. Hindistanda olarkən o, hökumətin siyasətindən narazı olan fermerlərin magistral yolları bağladığı, blokadalar qurduğu və infrastruktura zərər vurulması ilə bağlı vəziyyəti şərh etməkdən imtina edib.

“Figaro” qəzeti yazır ki, prezident xaricdə olarkən baş nazir fransız fermerlərinə diqqət əlamətləri göstərərək manevr etməyə çalışır.

Qeyd edək ki, Fransada fermerlərin etirazları son həftələrdə geniş vüsət alır. Onlar əsas magistral yolları bağlayır, müxtəlif maneələr ilə nəqliyyatın qarşısını kəsirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button