Manıslar YAP-a girdilər…

əli əhmədovYAP daha bir qrup şou əhlini sıralarına qatdı

Hakim Yeni Azərbaycan Partiyası ölkənin bir qrup sənət adamlarını partiyaya üzv qəbul edib. “Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bazar ertəsi YAP-da keçirilən tədbirdə müğənillər Gülyanaq və Gülyaz Məmmədova bacıları, Rəşad İlyasov, Tünzalə Ağayeva, aktrisa Vəfa Zeynalova və teleaparıcı-şoumen Azər Axşama partiyanın vəsiqəsi təqdim olunub. Tədbirdə çıxış edən YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, partiyanın 540 minə yaxın üzvü var. Hər il YAP-a 20-30 min üzv qəbul edilir. Əhmədov bildirib ki, hər bir üzv YAP-ın şərəfi, gücüdür. “Gücümüz partiyanın nüfuzunda, cəmiyyət tərəfindən dəstəklənməsindədir. Gücümüz insanların partiyamıza inanmasıdır”, – Əhmədov əlavə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button