‘Meclis.info’ platformasının rəhbəri İmran Əliyev saxlanıb

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

“Meclis.info” platformasının rəhbəri İmran Əliyevin aprelin 18-də saxlandığı bildirilir.

O özü də bugün, aprelin 18-də axşam saatlarında Bakı hava limanında saxlandığı haqqında açıqlama yayıb. Onun deməsinə görə, saat 20-54 radələrində harasa aparılacağını gözləyib.

İmran Əliyevin vurğulamasına görə, aprelin 18-də bəzi media orqanlarında onun barəsində yayılan yanlış məlumatlardan sonra təhlükəsizliyi ilə bağlı Türkiyəyə getməyə qarar vermişdi.

İ.Əliyevin yaxınları da deyirlər ki, onu axşam saatlarında Heydər Əliyev adına hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxlayıb.

Sonra İmran Əliyevin qara maskalı şəxslərə təhvil verildiyi iddia edilir. Hazırda onunla əlaqə saxlamaq mümkün deyil.

Onun hara aparıldığı ilə bağlı məlumat verilmir.

Bu deyilənlərlə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.

Aprelin 18-də bəzi media orqanlarında yer alan iddialara görə, “Meclis.info” platformasının rəhbəri İmran Əliyev və bəzi başqa şəxslər maliyyə nəzarətindən yayınmaq üçün xarici ölkələrə məxsus “adsız bank kartları”ndan istifadə ediblər. İddialara görə, xaricdən onlara ötürülən vəsaitlərin bir qismini bu kartlar vasitəsilə nəqdləşdiriblər.

İmran Əliyev özü bu iddaları rədd edib.

Son aylar Azərbaycanda aralarında “Abzas Media” nəşrinin, “Toplum” İnternet Televiziyasının əməkdaşlarının da olduğu 20-ə yaxın jurnalist və ictimai fəal həbs ediliblər.

Onlara qarşı əsasən qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Amma onlar bu ittihamı peşə fəaliyyətləri ilə bağlı, qurama və siyasi sayırlar.

Rəsmilər isə ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə, həbs edilmədiyini vurğulayaq, siyasi həbslərlə də bağlı deyilənləri əsassız sayırlar.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button