Mehman Hüseynovun atası oğlundan aclığı dayandırmasını xahiş edib

Blogger Mehman Hüseynovun atası Rafiq Hüseynov bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında oğluna baş çəkib. Bu, bloggerin aclıq etdiyi vaxtdan onların ilk görüşüdür.

“Mehmanla görüşüm bir saatdan çox davam etdi. Müəssisənin rəisi vəd etdi ki, gələcəkdə də oğlumla görüşə şərait yaradılacaq”, – R.Hüseynov “Turan” agentliyinə bildirib.

Onun sözlərinə görə, Mehman çox zəifləyib. “O, yuxulu və halsız kimiydi. Mən ondan xahiş etdm ki, qida qəbul eləsin, nə istəyirsə gətirərəm,”- o qeyd edib.

“Alma, nar, müxtəlif ərzaq aldım. Xahiş etdim ki, yesin, ancaq yeməsə kamera yoldaşlarına versin. Bilmirəm, mənə qulaq asacaq, ya yox”, – R.Hüseynov deyib.

Görüş zamanı Mehman bir daha bildirib ki, nəzarətçini vurmayıb.

“Mən Mehmana dedim ki, doğrunu söylə. Əgər onu vurmusansa cəzanı çək. Dedi, ata, həmin vaxt orada olmamışam. Mən həmin vaxt başqa yerdə çay içmişəm. İttihamlar uydurmadır, yalandır”, – R.Hüseynov bildirib.

O qeyd edib ki, təcridxanada BQXK nümayəndələrini də görüb. Ata ehtimal edir ki, onlar Mehmana baş çəkməyə gəliblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button