Messi “Barselona” ilə yeni müqavilə imzalayıb

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, Argentinalı futbol ulduzu Lionel Messi “Barselona” klubu ilə müqaviləsinin müddətini uzadıb.

L.Messi 2021-ci ilin ortalarına qədər olan dövrü əhatə edən yeni müqaviləyə imza atıb. Müqaviləyə əsasən Messini əldə etmək istəyən klub 700 milyon avro ödəməlidir. Futbolçunun maaşında artım olub-olmadığı açıqlanmayıb. Lakin daha əvvəl belə xəbər yayılmışdı ki, o, yeni müqavilə imzalamağın əvəzində 80 milyon funt-sterlinq (105 milyon dollar) pul alacaq, maaşı isə həftədə 500 min funt-sterlinq (658 min dollar) təşkil edəcək.

L.Messinin “Barselona” ilə köhnə müqaviləsi 2018-ci ildə bitəcəkdi. Bu səbəblə onun başqa klublara keçə biləcəyi barədə söz-söhbət yayılmışdı.

L.Messi 2004-cü ildən “Barselona” formasını geyinir. O, 8 dəfə İspaniya çempionu, 5 dəfə ölkə kubokunun qalibi, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 5 dəfə “Qızıl top” qazanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button