Metroda yenə problem yarandı

Bakıda metroda qatarda növbəti dəfə nasazlıq yaranıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov virtualaz.org-a bildirib ki, hadisə səhər saat 08:17 radələrində “Həzi Aslanov” – “Dərnəgül” xətti üzrə hərəkət edən qatarda baş verib.

Qatarda qəfil nasazlığın yaranması həmin xətt üzrə hərəkət intervalında problem yaradıb. Nasazlıq 5-7 dəqiqə davam edib. Nəticədə digər qatarların hərəkət intervalı uzanıb.

Artıq nasaz qatar xətdən çıxarılıb və metroda qatarların intervalının bərpası ilə bağlı tədbirlər görülür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button