Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi-SİYAHI
Avqustun 7-də Rəsulzadə-Elçibəy Yoluna etiqadı olan, Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərdən ibarət Milli Hərəkatçılar Birliyi adlı İctimai-Siyasi Maarifçilik Hərəkatı təsis edilib. Bu haqda MHB-nin mətbuat xidmətindən xural.com-a bəyanat göndərilib. Xural.com təsis bəyanatını təqdim edir:
“Artıq yüz ildən çoxdur ki, Güneyli-Quzeyli Bütöv Azərbaycanda milli və insani haqlar uğrunda mübarizə gedir. Bu sürə boyunca xalqımız dəfələrlə ayağa qalxmış və öz milli iradəsini ortaya qoymuşdur. 1991-ci il 18 oktyabrdan bəri bağımsız Azərbaycan Respublikasının varlığı da bu milli iradənin son bəlirtisidir.
Xalqımız hər zaman milli dövlətçiliyin müstəqillik və milli hakimiyyət, azadlıq, ədalət, demokratiya dəyərlərini daim dəstəkləmiş və bəsləmişdir. Ancaq bu yöndə qarşımızı kəsən ciddi iç və dış əngəllər də az deyil. Qarabağ başda olmaqla işğal edilmiş ərazilərimiz, bir milyon qaçqın və köçkün sorunumuz, xalqın rifah səviyyəsinin acınacaqlı durumu, siyasi rejim və yönətimdəki yanlışlıqlar, təkəlçilik, korrupsiyaçılıq, getdikcə dərinləşən ideoloji boşluğun doğurduğu mənəvi böhran, çağa uyğun iqtisadi gəlişmənin yoxluğu vb. problemlər qarşımızı kəsən əsas əngəllərdir.
Azərbaycanda gerçək bir vətəndaş fəallığının yayılıb ümummilli bir iradəyə çevrilməsi və dövlət-millət bütünləşməsi sorunlarımız içində özəl bir yer tutur. İnanırıq ki, dövlət-millət bütünləşməsi Millətimizin xoşbəxtliyi, Dövlətimizin qüdrəti, Vətənimizin ərazi bütövlüyü baxımından qaçılmaz bir zərurətdir. Bu zərurətin dərindən dərk edilməsi isə xalq içərisində siyasi maarifçiliyin geniş yayılmasından asılıdır.
1988-ci ildə başlayan Milli Hərəkatın yüksəlişi siyasi maarifçilik yönündə önəmli gündəlik təcrübə və nəzəri bilik ortaya qoydu. İndi başlıca məsələmiz bu təcrübə və biliyin yeni nəsillərə ötürülməsidir. Ona görə də, Milli Hərəkatda yetişmiş yaşlı nəsildən və günümüzdə hərəkatçılıq ruhuna yiyələnmiş gənc nəsildən olan insanların bir kəsimi toplanaraq müzakirələr aparmış, ortaq görüş birliyinə gəlib müstəqil bir Milli Hərəkatçılar Birliyi (qısaca: MHB) adlı yeni bir ictimai-siyasi maarifçilik hərəkatı yaratmağa qərar vermişlər. MHB iki böyük yolbayın – M.Ə.Rəsulzadə və Ə.Elçibəyin qoyduğu milli yolda yürüməyi özünün qutsal görəvi bilən və böyük yolbay Ə.Elçibəyin öndərliyini biranlamlı olaraq qəbul edib VƏTƏN, MİLLƏT və DÖVLƏT uğrunda mübarizəyə xidmət edən insanların yaratdığı bir maarifçilik hərəkatıdır.
Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifçilik Hərəkatı (qısaca: MHB) Təşəbbüs Qrupunun üzvləri bildirir ki, MHB-nin başlıca hədəfləri Azərbaycanda milli dövlətçiliyin bütün atributlarının gerçəkləşməsi, o sıradan demokratik rejim, gerçək seçki yolu ilə seçiləcək milli hakimiyyət, bütöv, güclü Azərbaycanın bölgədə söz yiyəsi bir dövlətə çevrilməsi, xalqın rifah düzeyinin yüksəlməsi, Qarabağ başda olmaqla sorunlarımızın milli mənafeyimizə uyğun çözülməsi və ölkəmizdə barışın, sabitliyin yaranmasıdır. Bu hədəflərin gerçəkləşməsi vətəndaşlıq fəallığından birbaşa asılıdır və MHB Təşəbbüs Qrupu hesab edir ki, həmin vətəndaş fəallığına maarifçilik və dialoq yolu ilə yetmək mümkündür.
MHB yaşından asılı olmayaraq bütün milli hərəkatçıların üzünə açıqdır və onlar bu hərəkata qatılıb öz bacarıqlarına uyğun fəaliyyət göstərə bilərlər.
Sayğılarımızla
Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifçilik Hərəkatının Təşəbbüs Qrupu üzvləri:
- Arif Acaloğlu (MHB sözçüsü)
- Ələsgər Siyablı
- Arif Rəhimoğlu
- Aydın Ələkbərli
- Aydın Şükür
- Ayvazalı Oruçlu
- Aqil Səmədbəyli
- Arzuman Cəfərov
- Ağası Hun
- Ahudar Qurbanov
- Akif Borçalı
- Abil Babaoğlu
- Bayram Abbasov
- Cavid Aydın
- Dilavər Əzimli (Dr.)
- Elçin Abdullayev
- Eldar Sübhanverdiyev
- Elmar Həsənli
- Elnur Nazimoğlu
- Elnur Paşa
- Elşən Əlisoy
- Etibar Qərib
- Əkbər Nəcəf (Dr.)
- Əli Mustafa
- Əmirağa Basqallı
- Faiq Ələkbərli (Dr.)
- Fəqan Yaqubov
- Fərid Əlibəy
- Hacı Zakir Quliyev
- Hüseyn Əliyev
- İlqar Salmanoğlu
- İlyas Abdullayev
- İsmixan Fərəcov
- İsrafil Həsənov
- Qələndər Muxtarlı
- Qorxmaz İbrahimli
- Mahmud Əhmədli
- Mail Bağırov
- Malik Bayramlı
- Məzahir Məmmədov –
- Mirhadi Yusuflu
- Müxrəddin Borçalı
- Naib Ələkbərov
- Namiq Talıbov
- Natiq Ələsgərli
- Nizami İsmayılbəyli
- Nurəddin İsmayıl
- Orxan Tağıyev
- Oruc Muradov
- Raqib İsmayıllı
- Ramazan Aras
- Rəhim Sulduzlu
- Rəvan Bağırlı
- Rüfət Muradlı
- Seyid Mirfeyzulla
- Səlim Muradov
- Şahnaz Ələgərli
- Şamil Məmmədli
- Şeyda Nəsibli
- Şəmsəddin Cəmiyev
- Şəmsəddin Rəhimli
- Telman Verdiyev
- Teymur Eminbəyli
- Təvəkkül Süleymanlı
- Vaqif Almuradlı
- Vəkil Şahbazlı
- Vəli Hümmətoğlu
- Vüqar Abdulla
- Vüsal Əfəndi
- Yasəmən Qaraqoyunlu
- Yaşar Əsədov
- Zahir Əlisoy”
Xural.com