Milli Məclis büdcəyə dəyişiklikləri ilk oxunuşda təsdiqlədi -2 əleyhinə

Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə müzakirələr ilk oxunuşda yekunlaşıb. YAP-çı deputat, komitə sədri Siyavuş Novruzov söz alaraq təklif etdi ki, layihə səsə qoyulsun.

Bundan sonra spiker Sahibə Qafarova dedi ki, çıxışa yazılan 20 nəfərdən 10-u çıxış edib. Sədr çıxış üçün təkid edənlərin olmadığını nəzərə alaraq məsələni ilk oxunuşda səsverməyə çıxartdı. Dəyişikliklər cəmi 2 əleyhinə olmaqla qəbul edildi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button