Moskvada münasibətlərin normallaşmasına dair ilk erməni-türk görüşü başa çatıb

Moskvada münasibətlərin normallaşmasına dair Türkiyə-Ermənistan danışıqları 1,5 saatdan sonra başa çatıb. Bu barədə RİA Novosti Türkiyə televiziyasına istinadən xəbər verir.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında ümumiyyətlə diplomatik əlaqələr yoxdur. 2021-ci il dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün qarşılıqlı əsasda nümayəndələr təyin edəcəklər.
Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ikitərəfli münasibətlərin normallaşmasına dair ilk görüşü üçün Rusiya Xarici İşlər Nazirliyinin qəbul evinə dəvət olunublar və Moskvada normallaşma üzrə ilk görüşə Türkiyə və Ermənistanın xüsusi nümayəndələri gəlib.

Ermənistan Xarici İşlər Nazirliyi Çavuşoğlunun bəyanatını alqışlayıb və İrəvanın dialoqun aparılması üçün xüsusi nümayəndəsi təyin edəcəyini təsdiqləyib. Sonradan məlum olub ki, Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üçün xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən isə parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button