Moskvada Rusiya imperatorlarının konvoyundakı azərbaycanlılar haqda kitab nəşr edilib

Moskvada Eldar İsmayılovun “Azərbaycanlılar rusiyalı imperatorların konvoyunda” kitabı nəşr edilib.

Monoqrafiya imperator həzrətlərinin bölmələrindən birinin – 1839-cu ildə formalaşmış və 1856-cı ildə Leyb-Qvardiyanın Qafqaz eskadronunun 4-cü taqımına (müsəlman) yenidən formalaşdırılmış konvoyun (müsəlmanların komandası) tarixi, ənənələri, dislokasiyası, seçim prinsipləri və şəxsi heyətindən bəhs edir.

1881-ci ildə Leyb-Qvardiyası Qafqaz eskadronu ləğv edilənə qədər 42 il boyunca rus qvardiyasının bu bölməsində azərbaycanlılar xidmət keçib.

Kitabın mühüm hissəsini zabitlər haqda bioqrafik oçerklər, komandada xidmət keçən aşağı rütbəlilər, həmçinin müsəlmanların taqımına dair bilgi yer alıb. Bu bölmələrdən rus ordusunun zabitləri sırasına 200-dən çox aşağı rütbəli zabit göndərilib.

Yeni tarixi kitabda 100-ə yaxın unikal illüstrasiya təqdim edilib. Bunlar Rusiya və Azərbaycanın arxiv və muzeylərində aşkar edilib. Onların çoxu ilk dəfə dərc edilir.

Kitab “Qədim Seyxhauz”un kitabxanası” tarixi seriyasından dərc edilib. Tirajı 1000 nüsxədir.

Moskvada yaşayan E.İsmayılov 2010-cu ildə dərc edilmiş “Rusiya imperiyasındakı Kacarlar evindən olan Fars şahzadələri” və “Georgiyev kavalerləri -azərbaycanlılar (2005) kitablarının müəllifidir.(turan.az)

Moskvada Rusiya imperatorlarının konvoyundakı azərbaycanlılar haqda kitab nəşr edilib

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button