Mübariz Mənsimov Rövnəq Abdullayevi hədələdi: “bildiklərimi yazsam, bu dünyada özünüzə yer tapa bilməzsiz”

Mübariz Mənsimov,

“Palmali” şirkətlər qrupunun prezidenti, media düşməni

 

 

“Palmali” şirkətlər qrupunun prezidenti, məşhur media düşməni Mübariz Mənsimov son zamanlar statuslarında hakimiyyətin və onun bir zamanlar əməkdaşlıq etdiyi məmurların əleyhinə sərt statuslar yazır. Hələlik “mən Heydər Əliyevin əsgəriyəm!” müsajları versə də, aydın olur ki, döyüşdüyü adamlar da elə Heydər Əliyevin əsgərləridir. Xural.com Mübariz Mənsimovu çox yaxşı tanıyır, amma onun səmimiyyətinə zərrə qədər də inanmır. Ancaq ictimai rəydə böyük ajiotajla qarşılandığına görə bu media düşməninin statusunu təqdim edirik:

“Bakıdan bir məmur zəng etdi ki, “qardaş, əla yazırsan, amma “like” qoya bilmirik, “like” edəni aparırlar, amma bil ki, çox bəyənirik”. Dedim, qardaş, mən özümü bəyəndirmək üçün bunları yazmıram. Kim istəyir, bəyənsin, kim istəmirsə, yox. Anlamıram: mən dövlətdən, prezidentdən yazıram? Həmişə qeyd edirəm ki, dövlətimin yanındayam, ulu öndər Heydər Əliyevin sadiq əsgəriyəm! Dövlətə qarşı yazanlara səs çıxarmayıb, hətta əl altından dəstəkləyənlər öz adları çəkiləndə narahat olurlar. Məni siyasi oyunlara qatmayın! Əl çəkin millətdən! Göstərişlər verdirirsiniz ki, məni insanlar pisləsin? Yazıqlar…

SOCAR-dan yazanda niyə çaxnaşma düşür? Saytlar dağıdılır, adamlar “Bandotdel”ə aparılır. Kimsiniz siz?! Rövnəq, ya da qulbeçələri dövlətdən üstündür? Nə özbaşınalıq edirsiz? Türkiyədə mənasız, qazancı yalnız trollarınızın cibinə gedən TV açana qədər Azərbaycanda bir TV açıb, kasıb jurnalistləri işə alsaydınız, dünya dağılardı? Qoy, həmin jurnalistlər tapşırığınızla əleyhimə yazaydılar, ancaq iş sahibi olaydılar. Onsuz da sizdən xeyir gəlməz. Həqiqətən, dərin quyu qazansınız. Çox dərin quyular qazırsınız. Amma bir gün özünüz ora düşəcəksiz, darıxmayın. Abdullayevlər, qohumları, Anar Əliyev, Adnan Əhmədzadə! İllik qazanc, sərvət və var-dövlətiniz satılsa, hər ay xalqın 1 illik qaz və elektrik pulunu ödəmək olar. Bəsdir dövlətdən oğurlayıb, xalqın cibinə girdiniz! Bir vaxtlar ortaq olduğum, oğru olduğunuzu gördükdən sonra ortaqlıqdan çıxdığım “SOCAR Trading”dəki oyunlarınızdan yazsam, bu dünyada özünüzə yer tapa bilməzsiz. Vaxtilə qapımda gözləyən Anar Əliyev indi lovğalanaraq deyir ki, “SOCAR Trading”i elə qurdum, belə qurdum. Mənim əlaqələrim olmasaydı, yerinizdən tərpənə bilməzdiniz. Dövlətin etimadından sui-istifadə edib, xalqımın sərvəti ilə özünüzə səltənət qurmusunuz. Elə həmin Adnan Əhmədzadə, bütün dünya sizin sərvətlərinizdən danışır. Maşın, şirkət, mülklərinizdən. Son 4 ildən bəri “Palmali”ni məhv etməyə çalışırsız. Alınmayacaq! Amma sizə bir təşəkkür borcum var. Sayənizdə satın aldığınız içimizdəki xainlər, çaqqallar ifşa olundu. Yaxşı ki, onlarla yollarımızı ayırdıq. İndi biz sarsılmaz qalayıq. Siz çox sərt qayaya rast gəlmisiniz. Bir daha deyirəm: qorxmayın!”

 

Xural.com

 

P.S. Yazıda adı çəkilənlərin də cavab haqlarını dərc etməyə hazırıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button