Müdafiə naziri: “ABŞ Azərbaycanın İkinci Qarabağ müharibəsindəki təcrübəsi ilə maraqlanır”

“ABŞ Azərbaycanın İkinci Qarabağ müharibəsindəki təcrübəsi ilə maraqlanır”.

Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov CBC telekanalına müsahibəsində bildirib.

“Müavinim, Hərbi Hava Qüvvələrinin komandanı ABŞ-da olub. O, orada ordu rəhbərliyinin nümayəndələri ilə görüşüb. Gündəmdə əməkdaşlıq, qarşılıqlı fəaliyyət məsələləri var. Daha artığını deyəcəyəm. Bu, sirr deyil, onlar İkinci Qarabağ müharibəsindəki hərbi təcrübəmizlə maraqlanırlar”, – Z.Həsənov deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button