Mustafa Hacıbəylinin ailəsi polis təqibinə məruz qalıb

Dekabrın 24-də  polis  əməkdaşları Müsavat Partiyasının Xətai rayon təşkilatının sədri, İctimai Palatanın(İP) üzvü Mustafa Hacıbəylinin evinə gedib, ailə üzvlərindən evlərində soyuq, ya da odlu silah saxlayıb-saxlamadıqları barədə maraqlanıb.


Bu barədə əməkdaşımıza  M.Hacıbəyli özü məlumat verib. M.Hacıbəyli polis əməkdaşlarının mənzilinə  gəldiyi zaman evdə olmadığını bildirib: “ Bir nəfər polis əməkdaşı  axşam saat 18-19 radələrində evimə gəlib.  Qeydiyyat apardıqlarını, evdə neçə ailə üzvümün qeydiyyatda olduğunu soruşub. Polis əməkdaşı heç özünü təqdim də etməyib. Sonra da deyib ki, evdə soyuq, ya da odlu silah var, ya yox?”
M.Hacıbəylinın sözlərinə görə  polis binada ancaq onun ailəsini sorğulayıb: “Polisin bu cür əməliyyat keçirməsi qanunla qadağandır”. M.Hacıbəyli baş verənləri özünə və ailə üzvlərinə təzyiq kimi dəyərləndirdiyini dedi: “Mənə təzyiq etməyin,  bunun xeyri yoxdur. Mən evimdə silah saxlayacaq qədər axmaq adam deyiləm”.
M.Hacıbəyli hesab edir ki, “yoxlamalar”  onun siyasi fəaliyyəti ilə bağlıdır.

Əfqan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button