Müşviq Əmirov təltif olundu
Milli Mətbuatın yaranmasının 136 illiyi münasibəti ilə Rabitə və İnformasiya Texnologiyaları Naziriyinin Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov mükafat alıb...
Verilən məlumata görə, səmərəli fəaliyyətinə görə, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun əmrinə əsasən M.Əmirov Fəxri Fərmanla təltif edilib.
Qeyd edək ki, M.Əmirov eyni zamanda, Nazirliyin rəsmi orqanı olan “Rabitə dünyası” qəzetinin və “ictnews.az” saytının rəhbəridir.
Xural” qəzeti,
İl: 9, sayı: 028 (436), 24 -30 iyul 2011-ci il