Naftalanda 31 yaşlı qadın sanatoriyada güllələnib – YENİLƏNİB

Naftalan sakini güllələnib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasında baş verib.

 

Orada qeydiyyatçı işləyən, 1987-ci il təvəllüdlü Günay Zeynalova mübahisə zəminində baş verən münaqişə nəticəsində sürücü Əli Hüseynov tərəfindən güllələnib.

 

Ə. Hüseynov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

16:21

 

Naftalan sakini güllələnib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Naftalan sakini olan qadın qarın nahiyəsindən güllə yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Qadının kimliyi, hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button