NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfər edəcək.

NATO rəsmisinin sözlərinə görə, Xavyer Kolominanın səfəri bu həftə baş tutacaq.

Onun sözlərinə görə, Baş katibin xüsusi nümayəndəsi Xavyer Kolomina Bakı ilə yanaşı, İrəvana da səfər edəcək.

“Xavyer Kolominanın səfəri NATO-nun bu iki mühüm tərəfdaş ölkəsinin rəsmiləri ilə müntəzəm siyasi məsləhətləşmələrin bir hissəsidir. Səfər zamanı xüsusi nümayəndə regionda təhlükəsizlik sahəsində baş verən hadisələr və NATO-nun hər iki ölkə ilə tərəfdaşlığı ilə bağlı yüksək vəzifəli rəsmilərlə fikir mübadiləsi aparacaq”, – bildirilib.

Təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq Xavyer Kolominanın səfərinin dəqiq tarixi göstərilməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button