Naxçıvanda təmizlik işçiləri etiraz aksiyası keçirib

Aprelin 1-də Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin əməkdaşlarının etiraz aksiyası keçirdiyi bildirilir.

“Turan” Agentliyinin məlumatına görə, işçilər əmək haqlarının azalmasına etiraz etdiklərini deyiblər.

Xəbərdə bildirilir ki, aksiya iştirakçıları Naxçıvan Ali Məclisinin binasının yaxınlığına toplaşıblar.

“Maaşımız əvvəl 674 manat idi, azaldıb 629 manat ediblər. Sonra isə heç bir əsas göstərilmədən 560 manata endiriblər. Bu vəziyyət artıq 4 aydır davam edir”- deyə etiraz aksiyası iştirakçılarından biri söyləyib.

İşçilər qeyd ediblər ki, iş üçün maddi-texniki baza yeterli deyil: “Adi süpurgə belə verilmir, maşınlar üçün benzin verilmir”.

Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinidən isə etirazçıların dedikləri təkzib edilib. Yerli saytların məlumatına görə, qurumdan bildirilib ki, bu ilin fevral ayına qədər işçilərə əməkhaqqından əlavə maddi yardım da verilib.

Naxçıvan Muxtar Respublikasında iki il əvvəl hakimiyyət dəyişiklikləri olub. Bu Muxtar Respublika Ali Məclisinə 1995-ci ildən 2022-ci ilin dekabrına kimi Vasif Talibov rəhbərlik edib. O istefa verib. Daha sonra prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına öz səlahiyyətli nümayənəsini təyin edib. Hazırda Naxçıvan Ali Məclisi sədrinin səlahiyyətlərini onun müavini icra edir.

Bir sıra yerli, beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında, son bir neçə on ildə Naxçıvan Muxtar Respublikası Azərbaycanda sərbəst toplaşmaq və söz azadlığının tez-tez pozulduğu bölgələrdən biri kimi dəyərləndirilib.

Hərçənd, Muxtar Respublika rəhbərliyi belə dəyərləndirmələri qəbul etmirdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button