Nazir Əli Həsənovun oğlunu işdən çıxardı
Daxili işlər orqanlarında növbəti dəyişiklik olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki Emin Əli oğlu Həsənov Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Qeyd edək ki, vəzifəsindən azad edilən şöbə rəisi Baş nazirin sabiq müavini Əli Həsənovun oğludur.