Niderland XİN: Kiyev bu xahişlə müraciət edərsə…

Niderlandın xarici işlər naziri Vopke Hoekstra bildirib ki, Kiyev müvafiq xahişlə müraciət edərsə, Niderland F-16 qırıcılarının Ukraynaya tədarük edilməsi imkanını nəzərdən keçirəcək.

Bu barədə RTL News yazır.
Diplomatın sözlərinə görə, o, belə bir fürsətə “açıq düşüncə” ilə baxır. Nazir adi avadanlıqların tədarükü ilə bağlı tabuların olmamasından da danışıb.
Bundan əvvəl Niderlandın Müdafiə naziri Kaysa Ollonqren ölkəsinin Ukraynaya “Leopard” tanklarının tədarükü üçün pul ödəməyə hazır olduğunu bildirib. Bu ölkə artıq analoji addım atıb – Çexiyadan Kiyevə sovet T-72 tanklarının tədarükünün pulunu ödəyiblər. Bundan əlavə, Niderlandın Baş naziri ABŞ-da səfərdə olan zaman bildirib ki, onlar Ukraynaya “Patriot” Hava hücumundan müdafiə sistemlərinin göndərilməsi üçün ABŞ-Almaniya təşəbbüsündə iştirak edəcəklər.
Qeyd edək ki, noyabrda NATO-nun Avropadakı keçmiş baş komandanı Ceyms Stavridis bildirib ki, alyansın liderləri MiQ-29 və F-16 qırıcılarının Ukraynaya vermək imkanını yenidən nəzərdən keçirirlər. Rusiya Federasiyasının genişmiqyaslı təcavüzünün başlanğıcında belə bir fikirdən imtina edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button