Nikol Paşinyan: “Ölkə xəstəxanalarında yer yoxdur”

“Koronavirusa yoluxan xəstələrin sayı çoxdur, hospitalda yer yoxdur, Ermənistanın səhiyyə sistemi çox yüklənib”.

“Aysor” xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin noyabrın 4-də keçirilən iclasında bildirib.

“Koronavirusdan hər gün çoxlu sayda insan ölür. Biz hər gün çoxsaylı faciələr qeydə alırıq. Bütün bunlardan xilas olmağın yeganə yolu vaksinasiyadır”, – o vurğulayıb.

N.Paşinyan deyib ki, gələn həftədən Ermənistanda COVID-19-a yoluxanların sayında azalma müşahidə olunacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button