”Novruz bayramına qədər əfv olacaq”
Martın 9-da Əfv Komissiyasının yekun iclası keçirilir
Bunu lent.az-a açıqlamasında Əfv komissiyasının üzvü Rəşad Məcid deyib.
Onun sözlərinə görə, artıq komisiyyanın 3 iclası olub:
“Bu gün dördüncü iclas olacaq, yəqin ki, bu, yekun iclasıdır. Komissiyaya 400-dən artıq sənəd daxil olub. Biz bunların hamısına baxırıq. Barəsində müsbət rəy olanlarla bağlı prezidentə məlumat veriləcək. Güman edirəm ki, prezident Novruz Bayramına qədər əfv sərəncamı imzalayacaq”.