“Olaylar” qəzeti və eyni adlı İnformasiya Agentliyi satışa çıxarıldı: “Alan varmı?”

“Olaylar” qəzeti və eyni adlı agentlik satışa çıxarılıb.

Bu barədə qəzetin təsisçisi və Baş redaktoru Yunus Oğuz açıqlama yayıb.

O, sosial şəbəkədəki hesabında belə yazıb: “25 yaşı olan “Olaylar” qəzetini və “Olaylar” İnformasiya Agentliyini satıram. Alan varmı?”

Baş redaktor satışın səbəbini açıqlamayıb.

Xatırladaq ki, KİVDF-nin bu gün yardım ayırdığı 18 qəzetin arasında “Olaylar” da var.

Fond siyahıda yardımın məbləğini açıqlamasa da, Mia.az-ın əldə etdiyi məlumata görə, “Olaylar”a hər ay üçün 5 min manat ayrılıb: “Qəzet bu vəsaitlə həftədə bir dəfə nəşr olunmalıdır”. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button