Ölkə üzrə 8197 cinayət işinin istintaqı tamamlanıb

Xəbər verildiyi kimi, iyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarının fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə məruzələr dinlənilmiş və ətraflı müzakirələr aparılıb.

Qeyd edilib ki, ölkə üzrə cəmi 8197 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 671-i prokurorluq orqanlarında istintaq edilib.

Prokurorluq orqanları tərəfindən 444, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 6399 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button