Onun həbsi də, ölümü də siyasi idi

Hüquq müdafiəçisi Oktay Gülalıyev

 

Bakı İstintaq Təcridxanasında həyatına müəmmalı şəkildə son qoyulmuş keçmiş siyasi məhbus Mehman Qələndərovun ölümündən 2 il keçir. O da Qiyas İbrahimov və Bayram Məmmdov kimi “heykəl məhbusu” idi. Tbilisidən Bakıya gəlib siyasi məhbusların həbsinə etiraz əlaməti olaraq Heydər Əliyevin heykəli önünüdə tək başına aksiya keçirərkən 2017- ci ilin 07 fevralında həbs olunmuşdu. Həbs olunan zaman işgəncələrə və təhdidlərə məruz qalmışdı…

Mehman Qələndərovun ölümünə aydınlıq gətirilməsi ilə bağlı yerli və beynəlxalq ictimaiyyətin tələblərinə rəğmən hakimiyyət heç bir addım atmadı. Ölüm faktı ilə bağlı cinayət işi açılsa da sonradan xitam olundu…

Mehman Qələndərov ictimai- siyasi fəaliyyətinə və heykəl önündəki aksiyasına görə həbs olunmuşdu. Onun həbsi də, ölümü də siyasi idi. Əslində Mehman Qələndərovun həbsi siyasi qətl idi. Məhz bu səbəbdən də onun ölümünün üstü rəsmi şəkildə açılmayıb…

Amma bizlər nə Mehman Qələndərovu unutduq, nə də onunla ölümü ilə bağlı cinayəti. Onun qatilləri onu şərləyib həbs edənlər, ölümə sürükləyənlərdir. Biz inanırıq ki, Mehmanların arzuladığı azad, demokratik, hüquqi cəmiyyəti quracayıq və o zaman həm bu cinayətlərə hüquqi qiymətlər veriləcək, həm də onların ruhu sakitlik tapacaq…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button