PA-nın həbs edilən işçisinə hökm oxunub – Yusif Məmmədəliyev 2 il 6 həbsdə qalacaq
Prezidentinin Administrasiyasının İşlər İdarəsinin Zuğulba İqamətgahının baş məsləhətçisinin həbsi barədə xəbəri mediada böyük rezonansa səbəb olub.
Xatırladaq ki, İşlər İdarəsinin Yusif Məmmədəliyev adlı əməkdaşı Cinayət Məcəlləsinin 228-ci – Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə ittiham olunduğunu haqda xəbərlər yayılır.
Moderator.az-ın bu gün apardığı əlavə araşdırma nəticəsində məlum olub ki, artıq Binəqədi rayon Məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Yusif Məmmədəliyevə 2 il 6 ay həbs cəzası verilib.
Əməkdaşımız bununla bağlı hakim Abbas Rzayevlə əlaqə saxlasa da o, sualdan yayınıb:
“Nə danışım, bu barədə heç nə deməyəcəyəm” deyən hakim telefonun dəstəyini asıb və təkrar zəngləri cavabsız qoyub.