Papa dünyanı sülhə çağırdı:“Əzablara düçar olmuş sevimli Suriya…”

Roma papası aprelin 1-də dünya katoliklərini Pasxa bayramı münasibətilətəbrik edib.

Papa Fransisk Vatikanda Pyotr meydanında zəvvarlar qarşısında çıxış edib. O, dünyada sülh və əmin-amanlığın bərqərar olunmasına çağırıb. Papa Yaxın Şərqi və Afrika ölkələrini xüsusi qeyd edib. Katoliklərin müqəddəs saydığı torpaqlardan tutmuş “əzablara düçar olmuş sevimli Suriyaya”, Cənubi Sudan və Somaliyə qədər sülh yaradılmasına çağırışlar edib.

Papa Fransisk həm də Ukraynadakı münaqişənin tezliklə həll olunacağına, Koreya yarımadasında sülhün bərqərar olunacağına, Latın Amerikası ölkələrində sosial problemlərin çözüləcəyinə ümidini ifadə edib. Papa işsizlik və narkoticarət kimi bəlalarla mübarizənin vacibliyini qeyd edib. Bundan başqa qaçqınlara, miqrantlara, uşaqlara, bütün xoş niyyətli insanlara can sağlığı arzulayıb.

Papa günaha batanları Pasxa münasibətilə bağışlayıb. “Məsih dirildi” – deyərək zəvvarların bayramını təbrik edib. Pasxa – İsa peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian bayramıdır. (Amerikanın Səsi)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button