Peskov ABŞ diplomatının Rusiyadan qovulmasına münasibət bildirib

Peskov ABŞ diplomatının Rusiyadan qovulmasına münasibət bildirib

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov ABŞ diplomatı Bart Qormanın ölkədən çıxarılmasına münasibət bildirib.

O, jurnalistlərə açıqlamasında bunun sadəcə cavab tədbiri olduğunu deyib.

“ABŞ-ın Moskvadakı səfirinin sədr müavini Rusiyadan qovulması qarşı tərəfin təxribatına adekvat addımdır. Sözügedən tədbir təhrik kimi qəbul edilməməlidir”, -D.Peskov vurğulayıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən amerikalı diplomatın ölkədən çıxarılması barədə məlumat vermişdi.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button