Peskov: “Aİ üçtərəfli razılaşmanı dəstəkləsə, Qarabağda vasitəçillik edə bilər”

Aİ ölkələri mövcud razılaşmaların həyata keçirilməsinə şərait yaradarsa, Rusiya onlarında Dağlıq Qarabağla bağlı danışıqlarda vasitəçilik səylərini alqışlamağa hazırdır. Bu barədə çərşənbə günü jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Vasitəçilik səyləri sabit, təxmin edilə biləndirsə və mövcud razılaşmaların həyata keçirilməsinə kömək edirsə, onları yalnız alqışlamaq olar. Ümumilikdə bu istiqamətdə işlər yaxşı gedir”, deyə Peskov Aİ ölkələrindən səslənən Dağlıq Qarabağla bağlı üçtərəfli danışıqlar formatına düşmək niyyəti haqqında bəyanatları şərh edərkən bildirib.

Kremlin nümayəndəsi xatırladıb ki, RF, Azərbaycan və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaları “prezident Vladimir Putinin kifayət qədər enerjili iştirakı ilə” əldə olunub. “O, Nikol Paşinyanla da, İlham Əliyevlə də daim əlaqə saxlayır. Hazırda məhz əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələləri ilə məşğuldur”, deyə TASS agentliyi Peskovdan sitat gətirir. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button