Peskov Navalnının tutulması barədə
Yazıldığı tarix 18 Yanvar 2021
0

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov siyasətçi Aleksey Navalnının Moskvanın Şeremetyevo hava limanında həbs olunmasına münasibət bildirib.
Virtualaz.org-un məlumatına görə, o, “Podyom” nəşrinin əməkdaşına deyib ki, bu barədə heç bir şey bilmir: “Üzr istəyirəm. Onu Almaniyada saxlayıblar? Mənim heç nədən xəbərim yoxdur”.
Kremlin nümayəndəsi əlavə edib ki, onun məzuniyyətinin son günüdür və baş verənləri izləməyib.