Polislər Ağdaşda reyd keçiriblər

Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları reyd keçiriblər30.07.2013

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, Ağdaş rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları reyd keçiriblər. Reyd əsasən Ağdaş şəhərinin küçələrində və Ağdaş-Qəbələ, Ağdaş-Ləki yolunda təşkil olunub. Reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, texniki baxışdan keçməyən və daha çox isə özünə və avtomobilə aid sənədləri olmayan sürücülər aşkar edilib.

Həmişə olduğu kimi, bu dəfə də görməni məhdudlaşdıran pərdə və plyonkalardan istifadə edən sürücülər polisin «saxla» işarəsinə tabe olmayıblar. Bəzi hallarda sürücülər polisə müqavimət də göstərməyə çalışıblar. Ancaq hər iki halda sürücülər barəsində qanuna müvafiq tədbir görülüb. Ağdaşda keçirilən reyd zamanı yol hərəkəti qaydasını pozan 50-dən artıq sürücüyə inzibati protokol yazılıb, 20-dən çox sürücü isə avtomobili sənədsiz idarə etdiyi üçün barəsində tədbir görülüb. Qeyd edək ki, bu cür reydlər mütəmadi olaraq davam etdiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button