Prezident İlham Əliyev ABŞ müdafiə nazirinin müşavirini qəbul edib

Prezident İlham Əliyev ABŞ müdafiə nazirinin müşavirini qəbul edib01.07.2013

İyulun 1-də prezident İlham Əliyev ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müşaviri xanım Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı missiyanın tərkibində iştirakının önəmi qeyd olunub, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İyulun 1-də dövlət başçısı İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardinini qəbul edib.

Görüşdə Azərbaycanla İsveçrə Konfederasiyası arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub, münasibətləriin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edilib, əlaqələrin enerji, sərmayə qoyuluşu, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button