Prezident İlham Əliyev gələn ay Türkiyəyə səfər edəcək

Noyabrın 12-də Türkiyənin İstanbul şəhərində Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək.
“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviterdə yazıb.
“Cənab Prezident İlham Əliyevin “Qardaşım” dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah – oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik”, – səfir bildirib.
Qeyd edək ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana səfər edəcək. Türkiyə lideri Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button