Prezident Nicat Dağların mualicəsi ilə bağlı göstəriş verdi

images10.07.2013

Prezident İlham Əliyev səhhətində ciddi problemlər yaşayan tanınmış jurnalist Nicat Dağların müalicəsinə lazım olan bütün xərclərin ödənilməsi ilə bağlı göstəriş verib. Bu barədə məlumat millət vəkili Aqil Abbasa Prezident Aparatından verilib. 

AzNews.az xəbər verir ki, dövlət başçısı jurnalistin səhhəti ilə bağlı məlumatlandırıldıqdan dərhal sonra jurnalistin müalicəsinə lazım olan bütün vəsaitlərin ödənilməsi və müalicəsinin həyata keçirilməsi üçün göstəriş verib.

Artıq aidiyyətli şəxslər Mətbuat Şurasının sədri Əflatun Amaşova da bu barədə məlumat veriblər. Sabah jurnalistin müalicə olunduğu Gürcüstandan Bakıya gətirilməsi və buradan müalicə xaricə göndərilməısi nəzərdə tutulur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button