Prezident və birinci xanım Heydər Əliyev Fondunun Şuşada aparacağı bərpa işləri ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar.