Prezidentin köməkçisi Azərbaycana qarşı terrora çağırış edən erməni deputatı haqda

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni millət vəkili Naira Zoqrabyanın terrora çağırış etdiyini bildirib.

Virtualaz.org bildirir ki, bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

“Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zoqrabyan. Həmçinin Avropa Şurası və qurumun Parlament Assambleyasında təmsil olunur. Mingəçevir su anbarını vurmaqla Azərbaycana qarşı terrora və müharibə cinayətlərinə çağırış edir. Bu cür düşünən siyasətçi AŞPA-dakı mandatından məhrum edilməlidir. Biz bunu qınayırıq”, – deyə H.Hacıyev qeyd edib.

Naira Zohrabyan, Member of Armenian National Assembly from “Prosperous Armenia” Faction. Also represented at PACE/@coe. Calls for terror/#WarCrime against Azerbaijan by hitting Mingachevir reservoir. Politician with such mentality must be stripped of PACE mandate. We condemn it. pic.twitter.com/jElxB6QAAf

— Hikmet Hajiyev (@HikmetHajiyev) November 9, 2020

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button