Prezidentin oğlu əlaçı oldu – FOTO
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev təhsil aldığı Azərbaycan Diplomatiya Akademiyasında yay imtahan sessiyasını uğurla başa vurub.
Bu barədə xural.com azvizion.az-a istinadən xəbər verir.
H.Əliyevin bir yerdə təhsil aldığı qrup yoldaşları bildiriblər ki, o imtahanlar zamanı çox yüksək nəticə göstərib:
“İmtahanlarımız artıq başa çatıb. Heydər Əliyev dərslərini çox yaxşı oxuyurdu. O, bütün imtahanlarda yüksək nəticə göstərib və əlaçı olub”.
Qeyd edək ki, prezident İlham Əliyevin oğlu Heydər Əliyev 2013-cü ildə 590 balla Azərbaycan Diplomatiya Akademiyasına qəbul olub. 1997-ci il təvəllüdlü Heydər Əliyev akademiyada beynəlxalq münasibətlər ixtisası üzrə ödənişli əsaslarla təhsil alır.
Bir müddət öncə jurnalistlərə müsahibə verən H.Əliyev oxuduğu ali təhsil müəssisəsində qiymətlərinin yaxşı olduğunu bildirmişdi.